...

Bank VTB (Azərbaycan) paytaxtda daha bir filial açdı (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 Oktyabr 2016 16:02 (UTC +04:00)
Bu gündən Bakıda VTB (Azərbaycan)-ın “Gənclik” filialı işə başlayıb.
Bank VTB (Azərbaycan) paytaxtda daha bir filial açdı (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Bu gündən Bakıda VTB (Azərbaycan)-ın “Gənclik” filialı işə başlayıb.

Bankın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yeni ofis müştərilər üçün əlverişli yerdə - Atatürk prospekti 2 ünvanında, “Gənclik” metro stansiyası yaxınlığında, “Gənclik Mall” iri ticarət mərkəzi ilə üzbəüz yerləşir.

VTB (Azərbaycan)-ın yeni bölməsində müştərilərə geniş çeşiddə və keyfiyyətli bank məhsulları və xidmətlər təklif olunacaq. Fiziki və hüquqi şəxslər depozit hesabların açılması, hesablaşma-kassa xidmətləri, valyuta mübadiləsi, kommunal xidmətlər üzrə ödəniş, pul vəsaitlərinin göndərilməsi və alınması, plastik kartların sifarişi, internet bankinqə qoşulma kimi xidmətlərdən istifadə edə bilər.

Şəhərin həm piyada, həm də sürücülər üçün münasib olan hissəsində filial açmaqla bank VTB (Azərbaycan) müştəriləri üçün maksimal dərəcədə rahat şəraitin yaradılması prosesini davam etdirir. Bankın bütün ofislərində olduğu kimi, 24-saatlıq Çağrı Mərkəzi “Gənclik” filialının da müştərilərinin xidmətindədir. Mərkəzin 986 (Azercell abunəçiləri üçün - 012 986) qısa nömrəsinə müştərilər istənilən vaxtı, o cümlədən qeyri-iş günlərində də müraciət edə bilər.

Bank VTB (Azərbaycan)-ın idarə heyətinin üzvü, korporativ biznesin inkişafı departamentinin direktoru İqor Okayev bildirib: “Biz, bankın filial şəbəkəsinin optimallaşdırılması üzrə işləri davam etdiririk. Əsas məqsədimiz müştərilərə yaxın olmaq, onlara keyfiyyətli maliyyə xidmətləri göstərmək və maksimal şəkildə komfortlu şərait yaratmaqdır”.

Bank VTB (Azərbaycan) ASC VTB Bank ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin səhmdarları: VTB Bank ASC və “AtaHolding” ASC-dir. Bank VTB (Azərbaycan) ASC korporativ biznesi, kiçik və fərdi biznesi təmsil edən müştərilərə, eləcədə fiziki şəxslərə xidmət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti