...

Aİ Azərbaycanda bu sahənin inkişafına qrant ayıracaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Yanvar 2017 11:48 (UTC +04:00)
Ərizə qəbulu 2017-ci il fevralın 21-dək davam edəcək.
Aİ Azərbaycanda bu sahənin inkişafına qrant ayıracaq

Bakı. Ənvər Məmmədov - Trend:

Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyi qrantların ayrılması üçün ölkənin kənd ərazilərinin inkişafı üzrə təşəbbüslərlə əlaqədar ərizə qəbulu elan edib.

Bu barədə Trend Avropa Qonşuluq Siyasəti üzrə İnformasiya Mərkəzinə istinadən məlumat verir.

“Azərbaycanın kənd rayonlarında bazar iqtisadiyyatının və məşğulluğun inkişafı təşəbbüsləri” layihəsinin əsas məqsədi Abşeron yarımadası istisna olmaqla, Azərbaycanın digər bölgələrində yeni iş yerlərinin yaradılmasına və iqtisadi inkişafa kömək etməkdir.

Ərizə qəbulu 2017-ci il fevralın 21-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti