...

Bakıda Transxəzər beynəlxalq nəqliyyat marşrutu üzrə tariflər müzakirə olunacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Yanvar 2017 11:19 (UTC +04:00)
Fevralda Bakıda Çindən Avropaya və əks istiqamətdə dəmiryol konteyner yüklərinin daşınmasına yönəlmiş Transxəzər beynəlxalq nəqliyyat marşrutu (TMTM) üzrə tariflərin razılaşdırılması müzakirə olunacaq
Bakıda Transxəzər beynəlxalq nəqliyyat marşrutu üzrə tariflər müzakirə olunacaq

Bakı. Yelena Kosolapova - Trend:

Fevralda Bakıda Çindən Avropaya və əks istiqamətdə dəmiryol konteyner yüklərinin daşınmasına yönəlmiş Transxəzər beynəlxalq nəqliyyat marşrutu (TMTM) üzrə tariflərin razılaşdırılması müzakirə olunacaq.

Bunu Trend-ə Qazaxıstanın Bakıdakı səfirli Beybit İsabayev deyib.

Onun sözlərinə görə, bu məsələnin müzakirəsi üçün Bakıya “Qazaxıstan Dəmir Yolu” şirkətindən, eləcə də marşrutun keçdiyi digər ölkələrdən nümayəndə heyəti gələcək.

Qeyd edək ki, TMTM Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan, Türkiyə və Ukrayna ərazisindən keçir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti