Bakı. Trend:
Fevralın 16-da Azərbaycan Mərkəzi Bankında Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib.
Mərkəzi bankdan Trend-ə verilən məlumata görə, hərracda manatın orta çəkili məzənnəsi 1,7351 səviyyəsində formalaşıb.
Qeyd edək ki, fevralın 16-na USD/AZN rəsmi məzənnəsi 1,7296 səviyyəsində müəyyən olunub.