...

Bakıda sosial mənzillərin ikinci layhəsi ilə bağlı YENİ XƏBƏR

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Aprel 2017 13:47 (UTC +04:00)
Yaxın zamanlarda Hövsan qəsəbəsində sosial mənzil layihəsi üzrə baş planın hazırlanması başa çatacaq.
Bakıda sosial mənzillərin ikinci layhəsi ilə bağlı YENİ XƏBƏR

Bakı. Azad Həsənli - Trend:

Yaxın zamanlarda Hövsan qəsəbəsində sosial mənzil layihəsi üzrə baş planın hazırlanması başa çatacaq.

Trend-in məlumatına görə, bunu Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru Samir Nuriyev deyib.

Onun sözlərinə görə, baş planın təsdiq olunmasından sonra layihə-smeta sənədləşməsinə hazırlıq başlayacaq.

Hövsan qəsəbəsində sosial mənzillərin tikintisi üçün 20 hektar ərazi ayrılıb. Ümumilikdə, 3 min mənzilin tikilməsi planlaşdırılır: “Biz həmçinin, məktəblər və uşaq bağçalarının layihələşdirilməsinə başlamağı planlaşdırırıq”.

S.Nuriyev qeyd edib ki, bundan başqa, sosial mənzil əldə etmək istəyən şəxslərin qeydiyyat sisteminin yaradılması üçün iş aparılır. Qeydiyyat prosesi bu il mayın 1-dən başlayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti