...

Ukraynanın Poltava vilayətinin rəhbərliyi azərbaycanlı iş adamlarını sərmayə yatırmağa çağırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 İyun 2017 17:14 (UTC +04:00)
Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev bu ölkənin Poltava Vilayət Administrasiyasının rəhbəri Valeri Qolovko ilə görüşüb.
Ukraynanın Poltava vilayətinin rəhbərliyi azərbaycanlı iş adamlarını sərmayə yatırmağa çağırıb

Bakı. Trend:

Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev bu ölkənin Poltava Vilayət Administrasiyasının rəhbəri Valeri Qolovko ilə görüşüb.

Trend-in məlumatına görə, görüş zamanı Azərbaycanın regionları ilə Poltava vilayəti arasında iqtisadi, elmi, mədəni əməkdaşlıq məsələləri geniş müzakirə olunub.

Vurğulanıb ki, Poltava vilayətinin rəhbərliyi azərbaycanlı iş adamlarının bu bölgəyə investisiya yatırmasında maraqlıdır. Valeri Qolovko qeyd edib ki, Poltava vilayəti neft və qaz yataqları ilə zəngindir. Bu baxımdan vilayət Azərbaycanın neft-qaz sahəsindəki təcrübəsindən yararlanmaq istəyir. Vilayət rəhbərliyi, həmçinin SOCAR-ın yanacaqdoldurma məntəqələrinin bu bölgədə açılmasında maraqlı olduğunu bildirib.

Müzakirə zamanı kənd təsərrüfatı sahəsində təcrübə mübadiləsinin aparılmasının vacibliyi də vurğulanıb.

Səfir Azər Xudiyev öz növbəsində Azərbaycanda xarici sərmayəçilər üçün əlverişli şəraitin yaradıldığını qeyd edərək, Poltavanın iş adamlarını ölkəmizə dəvət edib. Səfir bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə ölkəmizdə xarici investorlar üçün açıq qapı siyasəti həyata keçirilir. Ona görə də Azərbaycan xarici investorlar üçün cəlbedici ölkə kimi tanınır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti