...

Xurma İstehsalçıları və İxracatçıları Assosiasiyası yaradılıb (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Avqust 2017 17:13 (UTC +04:00)
Azərbaycanda xurma istehsalı və ixracı ilə məşğul olan sahibkarların təşəbbüsü və İqtisadiyyat Nazirliyinin dəstəyi ilə Xurma İstehsalçıları və İxracatçıları Assosiasiyası təsis olunub.
Xurma İstehsalçıları və İxracatçıları Assosiasiyası yaradılıb (FOTO)

Bakı. Trend:

Azərbaycanda xurma istehsalı və ixracı ilə məşğul olan sahibkarların təşəbbüsü və İqtisadiyyat Nazirliyinin dəstəyi ilə Xurma İstehsalçıları və İxracatçıları Assosiasiyası təsis olunub.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bununla bağlı qərar bu gün Göyçay rayonunda İqtisadiyyat Nazirliyinin və AZPROMO-nun dəstəyi, Göyçay rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Göyçay və ətraf rayonlarda xurma istehsalı və ixracı ilə məşğul olan 50-ə yaxın sahibkarın iştirakı ilə keçirilən tədbirdə verilib.

Tədbirdə çıxış edən AZPROMO-nun vitse-prezidenti Yusif Abdullayev qeyd edib ki, rəqabətqabiliyyətli və ixracyönümlü məhsul istehsalının artırılması, bu sahədə ixracın genişləndirilməsi prioritet istiqamətlərdəndir və Azərbaycan Prezidentinin "Made in Azerbaijan" brendinin təbliğinə dair 5 oktyabr 2016-cı il tarixli Fərmanı bu baxımdan xüsusilə əhəmiyyətlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti