Bakı. Azad Həsənli - Trend:
Bank ombudsmanının yaradılması banklar və onların müştəriləri arasında etibarlı münasibətlərin qurulması baxımından çox mühümdür.
Trend-in məlumatına görə, bunu Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Faiq Qurbanov MDB, Mərkəzi və Şərqi Avropa ölkələrinin bank assosiasiyalarının beynəlxalq əlaqələndirmə toplantısının açılış iclasında deyib.
O qeyd edib ki, bank ombudsmanının səmərəli işi Azərbaycanın bank sektorunun necə inkişaf edəcəyini qabaqcadan müəyyən edəcək.