...

DGK və SOCAR-ın neft ixracı üzrə statistik məlumatları niyə fərqli olur? (YENİLƏNİB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Yanvar 2018 12:04 (UTC +04:00)
DGK və SOCAR-ın neft ixracı üzrə statistik məlumatları niyə fərqli olur?
DGK və SOCAR-ın neft ixracı üzrə statistik məlumatları niyə fərqli olur? (YENİLƏNİB)

Bakı. Ənvər Məmmədov - Trend:

Dövlət Gömrük Komitəsi (DGK) və SOCAR-ın yaydığı neft ixracı üzrə statistik göstəricilərin fərqi müxtəlif hesablama metodologiyası ilə izah edilir.

Trend-in məlumatına görə, bunu 2017-ci ilin yekunlarına həsr edilmiş mətbuat konfransında DGK-nın Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin rəisi İqbal Babayev deyib.

Onun sözlərinə görə, statistik məlumatların fərqli olmasının əsas səbəbi Komitənin ixrac üzrə statistikasının bəyannamələr əsasında aparılmasıdır:

"Satılan neft üzrə bəyannamələr boru kəməri ilə neft nəqli zamanı deyil, real satışın icrasından sonra təqdim edilir. Neft satışı üzrə bəyannamələr DGK-ya əsasən 2-3 aydan sonra daxil olur. Buna görə də məlumatlar sadəcə hansısa zaman kəsiyi baxımından fərqlənə bilər".

Qeyd edək ki, DGK-nın məlumatına əsasən 2017-ci ildə Azərbaycandan 27,2 milyon ton neft, SOCAR-ın məlumatına görə isə 31,2 milyon ton neft ixrac edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti