...

“Atəşgah” mart ayında irihəcmli sığorta ödənişləri edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Aprel 2018 18:24 (UTC +04:00)
“Atəşgah” Sığorta Şirkəti 2018-ci ilin mart ayında könüllü avtomobil sığortası və daşınmaz əmlakın icbari sığortası üzrə növbəti iri ödənişlər həyata keçirib.
“Atəşgah” mart ayında irihəcmli sığorta ödənişləri edib

Bakı. Trend:

Azərbaycanın sığorta bazarının liderlərindən biri olan “Atəşgah” Sığorta Şirkəti 2018-ci ilin mart ayında könüllü avtomobil sığortası və daşınmaz əmlakın icbari sığortası üzrə növbəti iri ödənişlər həyata keçirib.

Şirkətdən Trend-ə verilən məlumata görə, belə ki, mart ayı ərzində “Atəşgah” SŞ tərəfindən həyata keçirilmiş ən yüksək məbləğli sığorta ödənişlərindən biri 18,385 AZN təşkil edib. Hacıqabul rayonunda könüllü kasko sığorta növü üzrə sığortalanmış "Volkswagen Amarok" markalı avtomobil aşma nəticəsində zədələnib. Həmin hadisə nəticəsində müştəriyə dəyən zərər “Atəşgah” SŞ tərəfindən qarşılanıb.

“Atəşgah” SŞ tərəfindən həyata keçirilən növbəti iri ödəniş daşınmaz əmlakın icbari sığortası üzrə olub. Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsində yerləşən, daşınmaz əmlakın icbari sığortası üzrə sığortalanmış əmlak, baş vermiş yanğın nəticəsində zədələnib. “Atəşgah” SŞ həmin hadisə üzrə müştəriyə 15,638 AZN sığorta ödənişi edib.

Yüksək etibarlılıq imicinə sahib olan “Atəşgah” SŞ 1996-ci ildə yaranıb. 2003-cü ildə Azərbaycan sığorta şirkətləri arasında ilk olaraq İSO 9001:2000 beynəlxalq standartı üzrə idarəetmə sistemində keyfiyyətə nəzarət üzrə sertifikat alıb. Şirkət 2014-cü ildən İcbari Sığorta Bürosunun üzvüdür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti