Bakı. Ənvər Məmmədov - Trend:
2018-ci ildə Azərbaycanda 15 aqroparkın istifadəyə veriləcəyi planlaşdırılır.
Trend-in məlumatına görə, bunu Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev deyib.
O bildirib ki, hazırda 3 aqroparkda işlərin birinci mərhələsi başa çatıb.
Ş.Abdullayevin sözlərinə görə, 26 aqroparkda tikinti-montaj işləri aparılır, daha 16 aqroparkda isə ərazi planlaşdırması davam etdirilir.