...

IAPH: Bakı həmişə Şərqlə Qərb arasında ticarət qovşağı olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 May 2018 12:58 (UTC +04:00)
Beynəlxalq Limanlar Assosiasiyası (IAPH) dünya limanları ilə əməkdaşlığı genişləndirəcək.
IAPH: Bakı həmişə Şərqlə Qərb arasında ticarət qovşağı olub

Bakı. Trend:

Beynəlxalq Limanlar Assosiasiyası (IAPH) dünya limanları ilə əməkdaşlığı genişləndirəcək.

Trend-in məlumatına görə, bunu Beynəlxalq Limanlar Assosiasiyasının prezidenti Santiaqo Qarsia Mila Dünya Limanları Konfransında çıxışı zamanı deyib.

O bildirib: "Tarixi dövrdən asılı olmayaraq, bizim qarşımızda logistika və limanların inkişafı məsələsi dayanır. Bunu nəzərə alaraq, əsrlər boyu Şərqlə Qərb arasında ticarət qovşağı olan Bakıdakı görüşümüzün əhəmiyyətini vurğulamamaq mümkün deyil".

Assosiasiya prezidenti qeyd edib ki, 2018-ci ilin mart ayından Antverpendə dünya limanlarının davamlılıq proqramı (WPSP, World Ports Sustainability Program) başlanıb, bu proqram təhlükəsizliyin təmin edilməsi, liman infrastrukturunun inkişafı və dünya limanları arasında əlaqələrin genişləndirilməsini nəzərdə tutur.

Proqram çərçivəsində 65 ölkənin 400 limanı ilə əməkdaşlıq etdiklərini deyən Santiaqo Qarsia Milanın sözlərinə görə, proqram etnik və ya dini mənsubiyyətindən asılı olmayaraq, ölkələri limanların əməkdaşlığını təmin etməyə çağırır və bu baxımdan Bakıda tədbirin keçirilməsi simvolikdir:

"Azərbaycan müxtəlif dinlər və millətlərin nümayəndələrinin rahat yaşamasını təmin edən, bərabərlik və multikulturalizm ideyalarını dəstəkləyən az ölkələrdən biridir və burada beynəlxalq əhəmiyyətli bir layihə çərçivəsində Beynəlxalq Limanlar Assosiasiyasını təmsil etməkdən qürur duyuram".

Qeyd edək ki, Bakıda 8-11 may tarixlərində Dünya Limanları Konfransı keçirilir.

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nın ev sahibliyi etdiyi Dünya Limanları Konfransına rekord sayda nümayəndə heyəti qatılıb. Belə ki, aparıcı liman dövlətləri sayılan ABŞ, Rusiya, Çin, Hindistan, İndoneziya, Fillipin, Yaponiya, Almaniya, Fransa, İspaniya daxil olmaqla dünyanın 65 dövlətindən 400-dən çox beynəlxalq liman, biznes icması, gəmiçilik və logistika üzrə iri şirkətlərin nümayəndələri Dünya Limanları Konfransının iştirakçılarıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti