...

Qazaxıstan Dəmir Yolları: Transxəzər marşutu üzrə əmtəə dövriyyəsi 2020-ci ildə xeyli artacaq (ÖZƏL)

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 İyul 2018 13:29 (UTC +04:00)
Transxəzər marşrutu tarixi Böyük İpək Yolu ticarət marşrutunun varisidir.
Qazaxıstan Dəmir Yolları: Transxəzər marşutu üzrə əmtəə dövriyyəsi 2020-ci ildə xeyli artacaq (ÖZƏL)

Trend-i buradan izləyin

Bakı. Əli Mustafayev – Trend:

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) regionunda əmtəə dövriyyəsinin artım potensialı 2020-ci il üçün 646-922 milyard dollar təşkil edir ki, bu da yük potensialında 300 min konteynerə bərabərdir.

Bu barədə Trend-ə Qazaxıstan Dəmir Yollarının İdarə heyəti sədrinin müavini Maksat Kabaşev deyib.

Onun sözlərinə görə, marşruta istiqamətlənən yük bazasını Avropa, Çin və Türkiyə ticarət tərəfdaşlarının bazarları təmsil edir:

“Marşrutun səmərəliliyi yük axınının artması, həmçinin gələcəkdə Marmaray yük tunelinin istifadə edilməsi və Avropanın Pan-Avropa dəhlizləri sisteminə qoşulmaqla artacaq. Dəmir yolu qatarlarının İstanbula birbaşa çıxışını təmin etmiş Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tikintisi başa çatdıqdan sonra Mersin limanına gələn ilk qatar Qazaxıstan taxılını gətirib. 2018-ci ilin yanvarından iyununadək sözügedən marşrutla Qazaxıstanın 1073 konteynerlik taxıl yükləri daşınıb”.

M.Kabaşev qeyd edib ki, Qazaxıstan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun mərkəzi hissəsi kimi Bakı-Tbilisi-Qars dəmir yolunun tarixi əhəmiyyətini yüksək qiymətləndirir:

“Transxəzər marşrutu tarixi Böyük İpək Yolu ticarət marşrutunun varisidir. Qazaxıstan-Bakı-Tbilisi-Qars, gözlənildiyi kimi, avtomobil nəqliyyatı və Qara dəniz vasitəsilə dəniz yoluna əlavə olaraq Qazaxıstan və Türkiyə arasında ixrac, idxal və tranzit yüklərin nəqli imkanlarının gələcəkdə daha da artmasına səbəb olacaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti