...

VTB (Azərbaycan) bankomat şəbəkəsini genişləndirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Avqust 2018 19:07 (UTC +04:00)
VTB (Azərbaycan) və Azər Türk Bank bankomat şəbəkəsinin genişləndirilməsi üzrə tərəfdaşlıq sövdələşməsi imzalayıb.
VTB (Azərbaycan) bankomat şəbəkəsini genişləndirir

Bakı. Trend:

VTB (Azərbaycan) və Azər Türk Bank bankomat şəbəkəsinin genişləndirilməsi üzrə tərəfdaşlıq sövdələşməsi imzalayıb.

Bankdan Trend-ə verilən məlumata görə, indi VTB-nin (Azərbaycan) kart sahibləri pul vəsaitlərini Azər Türk Bank ATM-lərində 0% komissiyası ilə nağdılaşdıra bilər.

Bundan başqa, VTB (Azərbaycan) müştəriləri Azər Türk Bank bankomatlarında olan «Card to Card», parolun alınması, 3D Secure, SMS-xəbərdarlıq kimi əlavə xidmətlərdən də istifadə edə bilər. Hazırda VTB (Azərbaycan) kart istifadəçiləri ölkə ərazisində PASHA Bank, NIKOIL Bank, Azər Türk Bank kimi yerli bankların 70-dən çox bankomatlarından yararlana bilər.

Eləcə də VTB (Azərbaycan) Rusiya, Qazaxıstan, Gürcüstan, Belarus və Ukraynadakı VTB qrupun banklarına aid bankomatlarından pul vəsaitlərin banklararası komissiya tutulmadan nağdlaşdırılma xidmətini təklif edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti