...

Azərbaycan hökuməti 2026-cı ilədək dövlət borcunu xeyli azaltmağı planlaşdırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Avqust 2018 07:38 (UTC +04:00)
Azərbaycan hökuməti 2026-cı ilədək dövlət borcunu xeyli azaltmağı planlaşdırır.
Azərbaycan hökuməti 2026-cı ilədək dövlət borcunu xeyli azaltmağı planlaşdırır

Bakı. Azad Həsənli - Trend:

Azərbaycan hökuməti 2026-cı ilədək ümumi dövlət borcunun həcmini 15 faizə qədər azaltmağı planlaşdırır

Trend-in məlumatına görə, bu barədə Prezident İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya"da deyilir.

Strategiyaya əsasən, 2018-ci ildə ümumi dövlət borcunun ÜDM-ə nisbəti 23,9 faiz (10,4 milyard dollar) proqnozlaşdırılırdısa, hökumət bu göstəricini 2025-ci ildə 14,1 faizə (7,7 milyard dollar) qədər azaltmağı nəzərdə tutur.

Bununla yanaşı, 2025-ci ildə xarici dövlət borcunun məbləği 6,5 milyard dollar (ÜDM-ə nisbəti 12 faizi), daxili borc isə 2 milyard dollar (2,1 faiz) olacaq.

2018-2025-ci illərdə dövlət borcunun proqnozları:

İllər

Xarici dövlət borcunun məbləği (milyard ABŞ dolları)

Xarici dövlət borcunun ÜDM-ə nisbəti (%)

Daxili dövlət borcunun məbləği (milyard manat)

Daxili dövlət borcunun ÜDM-ə nisbəti (%)

Ümumi dövlət borcunun məbləği (milyard ABŞ dolları)

Ümumi dövlət borcunun ÜDM-ə nisbəti (%)

2018

9,7

22,5

1,1

1,5

10,4

23,9

2019

10,1

23

1,3

1,8

10,9

24,7

2020

9,8

20,7

1,6

2

10,7

22,7

2021

9,2

19,5

1,8

2,3

10,3

21,7

2022

8,5

17,4

1,9

2,2

9,6

19,6

2023

7,8

15,5

1,9

2,2

9

17,6

2024

7,2

13,7

1,9

2,1

8,3

15,8

2025

6,5

12

2

2,1

7,7

14,1

Strateji məqsəd həm ortamüddətli, həm də uzunmüddətli dövrdə ölkə iqtisadiyyatının ehtiyaclarını nəzərə almaqla dövlət borcunun dayanıqlığını təmin etməkdir. Bu məqsədlə 2018-2025-ci illər üzrə ümumi dövlət borcunun ÜDM-ə nisbətinin yuxarı həddinin 30 faizdən çox olmaması və 2025-ci ilədək 20 faizdən aşağı salınması hədəfi gözləniləcək.

Strateji məqsədlərdən biri də yerli maliyyə bazarlarının inkişafının dəstəklənməsidir. Bu istiqamətdə Azərbaycan Mərkəzi Bankı və Maliyyə Bazarlarına Nəzarət Palatası ilə birlikdə təkrar bazarın formalaşdırılması üçün zəruri tədbirlər həyata keçirilərək, emissiya prospektlərinin bazar tələbləri və investorların maraqları nəzərə alınmaqla hazırlanması təmin olunacaq.

Ümumi dövlət borcuna xidmət xərclərinin dövlət büdcəsi xərclərinə nisbətinin 2018-2025-ci illər ərzində 15 faizdən aşağı olacağı proqnozlaşdırılır. Lakin növbəti illərdə valyuta məzənnəsinin, faiz dərəcələrinin dəyişməsi ilə borca xidmət xərclərinin artması və ya ümumi dövlət büdcəsi xərclərinin azalması nəticəsində müəyyən edilmiş göstərici 15 faizdən yuxarı olarsa, bu fərqin maliyyələşdirilməsi məqsədilə daxili maliyyə bazarlarında dövlət qiymətli kağızlarının buraxılması nəzərdə tutulur. Belə olacağı təqdirdə, qeyd olunan dövrdə əlavə daxili borcların cəlb olunması planlaşdırılır ki, bu borcalmalar da əsasən 3-5 illik dövlət qiymətli kağızlarının emissiyası vasitəsilə həyata keçiriləcəkdir

2018-2025-ci illərdə dövlət borclarına xidmət proqnozları:

İllər

Xarici dövlət borcuna xidmət xərclərinin məbləği (milyon ABŞ dolları)

Xarici dövlət borcuna xidmət xərclərinin dövlət büdcəsi xərclərinə nisbəti (%)

Daxili dövlət borcuna xidmət xərclərinin məbləği (milyon manat)

Daxili dövlət borcuna xidmət xərclərinin dövlət büdcəsi xərclərinə nisbəti (%)

Ümumi dövlət borcuna xidmət xərclərinin məbləği (milyon ABŞ dolları)

Ümumi dövlət borcuna xidmət xərclərinin dövlət büdcəsi xərclərinə nisbəti (%)

2018

1 241,7

10,1

89,9

0,4

1 294,5

10,5

2019

1 234,5

11,1

99,9

0,5

1 293,2

11,6

2020

1 193,4

10,6

109,8

0,6

1 257,9

11,1

2021

1 229,5

11,3

113,7

0,6

1 296,3

11,9

2022

986,6

8,6

123,7

0,6

1 059,3

9,2

2023

930,2

7,7

126,8

0,6

1 004,7

8,3

2024

863,4

6,8

136,8

0,6

943,7

7,5

2025

820,3

6,2

146,8

0,6

906,5

6,8

Qeyd edək ki, 2018-ci il 1 yanvar tarixinə Azərbaycanın dövlət borcunun ümumi məbləği 17.007,4 milyon manat təşkil edib. Məcmu dövlət borcunun 15.978,1 milyon manatı (9.398,3 milyon ABŞ dolları) və ya 93,9 faizi xarici, 1.029,3 milyon manatı və ya 6,1 faizi daxili dövlət borcunun payına düşür. Xarici dövlət borcunun ÜDM-ə nisbəti 22,8 faiz, daxili dövlət borcunun ÜDM-ə nisbəti 1,5 faiz olmaqla, ölkənin məcmu dövlət borcunun 2017-ci ildə ÜDM-ə nisbəti 24,3 faiz təşkil edib. Məcmu dövlət borcunun ölkənin valyuta ehtiyatlarına nisbəti 23,8 faiz olub. Xarici dövlət borcunun 3.331,4 milyon ABŞ dolları və ya 35,5 faizi xarici valyuta nominallı dövlət qiymətli kağızlarından, 5.510,4 milyon ABŞ dolları və ya 58,6 faizi hökumətin birbaşa cəlb etdiyi kreditlərdən, 556,5 14 milyon ABŞ dolları və ya 5,9 faizi isə xarici dövlət borcu hesab edilən şərti öhdəliklərdən ibarətdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti