...

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı tarif metodologiyasının hazırlanması ilə bağlı müsabiqə elan edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Avqust 2018 17:30 (UTC +04:00)
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC yükaşırma tarifləri üçün tarif metodologiyasının hazırlanması işlərinin satınalınması ilə bağlı açıq müsabiqə elan edir.
Bakı Beynəlxalq Dəniz Ticarət Limanı tarif metodologiyasının hazırlanması ilə bağlı müsabiqə elan edir

Bakı. Trend:

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC yükaşırma tarifləri üçün tarif metodologiyasının hazırlanması işlərinin satınalınması ilə bağlı açıq müsabiqə elan edir.

QSC-dən Trend-ə verilən məlumata görə, müsabiqədə iştirak etmək üçün tələb olunan sənədlər (açıq müsabiqə şərtləri) (qiymət təklifi istisna olmaqla) 14 avqust 2018-ci il saat 17.00-dək, qiymət təklifi isə möhürlənmiş ikiqat zərfdə 16 avqust 2018-ci il saat 17.00-dək “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-yə (ünvan: Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi, 72) təqdim edilməlidir.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. Zərflərin açılışı 17 avqust 2018-ci il saat 15.00-da yuxarıda qeyd olunan ünvanda həyata keçiriləcək.

Müsabiqədə iştirak etmək istəyənlər Azərbaycan dilində tərtib olunmuş açıq müsabiqə şərtlərini Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi, 72 ünvandan ala bilərlər:

Əlaqə telefonu: 599-00-03 (1400)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti