...

"AzerGold" ilin sonunadək 45 min unsiya qızıl istehsal etməyi planlaşdırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Sentyabr 2018 17:15 (UTC +04:00)
"AzerGold" QSC ilin sonunadək 45 min unsiya qızıl istehsal etməyi planlaşdırır.
"AzerGold" ilin sonunadək 45 min unsiya qızıl istehsal etməyi planlaşdırır

Daşkəsən. Taleh Mursaqulov - Trend:

"AzerGold" QSC ilin sonunadək 45 min unsiya qızıl istehsal etməyi planlaşdırır.

Trend-in məlumatına görə, bunu jurnalistlərə "Çovdar" yatağında görülən işlərlə tanışlıq məqsədilə təşkil edilən mediatur çərçivəsində "AzerGold"un İdarə Heyəti sədrinin müavini Oqtay Məmmədov deyib.

O.Məmmədov qeyd edib ki, ilin əvvəlindən 33 min unsiya qızıl istehsal olunub:

"İlin sonunadək isə bu göstəricini 45 min unsiyaya çatdırmaq planlaşdırılır. Bu, ötənilki səviyyədən 33 faiz çoxdur".

Sədr müavini bildirib ki, bu günədək "AzerGold" tərəfindən Azərbaycanda 93 min unsiya qızıl hasil olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti