...

“Çovdar” qızıl yatağının yeraltı istismarı üzrə texniki-iqtisadi əsaslandırılması işlərinin başa çatacağı TARİX açıqlanıb (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Sentyabr 2018 17:35 (UTC +04:00)
Azərbaycanda “Çovdar” qızıl yatağının şimal hissəsində 10 kvadrat kilometr ərazidə geofiziki işlər başa çatıb
“Çovdar” qızıl yatağının yeraltı istismarı üzrə texniki-iqtisadi əsaslandırılması işlərinin başa çatacağı TARİX açıqlanıb (FOTO)

Daşkəsən. Taleh Mürsəqulov - Trend:

Azərbaycanda “Çovdar” qızıl yatağının şimal hissəsində 10 kvadrat kilometr ərazidə geofiziki işlər başa çatıb.

Trend-in məlumatına görə, bunu “Azergold” QSC-nin İdarə heyəti sədrinin müavini Oqtay Məmmədov deyib.

O.Məmmədovun sözlərinə görə, hazırda əldə olunan məlumatların təhlili aparılır:

“Gələn il Kəpəz dağının ətəyində 11-12 kvadrat kilometr ərazidə geofiziki işlər aparılacaq. Növbəti mərhələ quyuların qazılması olacaq. Hazırda qazma işləri 3 istiqamətdə aparılır. İşlər iyul ayında başlayıb və ilin sonunadək başa çatacaq”.

O.Məmmədov əlavə edib ki, “Çovdar”ın yeraltı ehtiyatlarının təsdiq olunması üçün 32 quyu qazılıb:

“2019-cu ilin birinci rübündə layihənin texniki-iqtisadi əsaslandırılması başa çatacaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti