...

Nazir müavini: Azərbaycanda investisiyaların təşviqi mexanizmi çərçivəsində sahibkarlar bugünədək 2,7 milyard manat əldə edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Noyabr 2018 13:54 (UTC +04:00)
Azərbaycanda investisiyaların təşviqi mexanizmi çərçivəsində sahibkarlara bugünədək 2,7 milyard manat ayrılıb
Nazir müavini: Azərbaycanda investisiyaların təşviqi mexanizmi çərçivəsində sahibkarlar bugünədək 2,7 milyard manat əldə edib

Bakı. Trend:

Azərbaycanda investisiyaların təşviqi mexanizmi çərçivəsində sahibkarlara bugünədək 2,7 milyard manat ayrılıb.

Trend-in məlumatına görə, bunu parlament komitələrinijn birgə iclasında büdcə müzakirələri zamanı iqtisadiyyat nazirinin müavini Şirzad Abdullayev deyib.

O bildirib ki, bu layihələrin icrası 21 mindən çox yeni iş yeri açmağa imkan verəcək:

“İnvestisiyaların təşviqi sertifikatı almış 200-ə yaxın müəssisə artıq açılıb, digərləri isə ilin sonunadək işə düşəcək”.

Nazir müavini əlavə edib ki, 2019-cu ildə əsas kapitala investisiyaların həcmi 17,9 milyard manat, o cümlədən xarici investisiya 7,5 milyard, daxili investisiya 10,4 milyard manat həcmində proqnozlaşdırılır.

Ş.Abdullayevin sözlərinə görə, qeyri-neft sektorunda planlaşdırılan tədbirlər nəticəsində 2019-cu ildə Azərbaycanda qeyri-neft ÜDM-in artım tempi 3,9 faiz təşkil edəcək. Növbəti illərdə isə artım 3 faiz həddindən yüksək olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti