...

Almaniya hökuməti "Lufthansa"ya 9 milyard avroluq dəstək verəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 May 2020 07:27 (UTC +04:00)

Bakı. Trend:

Almaniya hökuməti Avropanın ən böyük aviaşirkəti "Lufthansa"ya dəstək verməyi qərara alıb.

Trend-in Lenta.ru-ya istinadən verdiyi məlumatına görə, bu barədə aviaşirkət xəbər verib.

Dövlət dəstəyi üçün artıq iqtisadi stabilləşdirmə fondu ilə razılıq əldə edilib. Plan üzrə Almaniya hökuməti şirkətin səhmlərinin 20 faizini 300 milyon avroya alacaq. Bu şərtlə şirkətə 9 milyard dəstək paketi ayrılacaq. Hazırda razılaşmanın Avrokomissiya tərəfindən təsdiqi gözlənilir.

"Lufthansa" ilə hökumət arasında danışıqlar artıq bir neçə həftə davam edib. Aviaşirkət koronavirus pandemiyası səbəbindən baş verən uçuş fasilələrindən sonra düşdüyü çətin maliyyə vəziyyətindən çıxış yollarını axtarmaqdadır.

"Biz hər gün bir saata bir milyona yaxın avro itiririk. Bu böhrandan dövlət dəstəyi olmadan çıxa bilmərik", - şirkətin baş direktoru Karsten Spor deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti