...

Litva BTQ-ni məhsulların Çinə daşınması üçün alternativ marşrut kimi nəzərdən keçirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Sentyabr 2020 10:54 (UTC +04:00)
Litva BTQ-ni məhsulların Çinə daşınması üçün alternativ marşrut kimi nəzərdən keçirir

Bakı. Ləman Zeynalova - Trend:

Litva Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunu Çindən və əks istiqamətə məhsulların daşınması üçün potensial alternativ marşrut kimi nəzərdən keçirir.

Bu barədə Trend-ə Litvanın Nəqliyyat və Rabitə Nazirliyindən bildiriblər.

Qeyd olunub ki, Litva yaxşı işləyən multimodal nəqliyyat və logistika sistemini yaradıb və “Şərq-Qərb”, “Şimal-Cənub” nəqliyyat dəhlizlərində tranzit ölkə qismində vacib rol oynayır:

“Ona görə də Litva Azərbaycana yüklərin Avropa və Skandinaviya ölkələrinə təhlükəsiz, sürətli və ucuz nəqlini təklif edir. Çinə Cənub marşrutunun vacib hissəsi olan BTQ dəmiryol xətti bizim üçün Çindən və əks istiqamətə yük daşınması üçün potensial alternativdir. Bizi Azərbaycanın bu daşımalar üzrə planları maraqlandırır”.

Nazirlikdən bildiriblər ki, “Şərq tərəfdaşlığı” regionunda nəqliyyat infrastrukturunun inkişafı Avropanın qonşuluq siyasətinin aparıcı elementidir:

“Litva Azərbaycanı Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında nəqliyyat əlaqəsinin təkmilləşdirilməsinə yönəlmiş mövcud proqramlar çərçivəsində Aİ ilə sıx əməkdaşlığa dəvət edir. Litva Azərbaycanla nəqliyyat sahəsində qarşılıqlı səmərəli əməkdaşlığı alqışlayır və əmindir ki, bu əməkdaşlıq gələcəkdə də inkişaf edəcək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti