...

"Anglo Asian Mining" Azərbaycanda qızıl hasilatını 25 faiz azaldıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Aprel 2021 10:00 (UTC +04:00)
"Anglo Asian Mining" Azərbaycanda qızıl hasilatını 25 faiz azaldıb

Bakı. Fidan Babayeva - Trend:

2021-ci ilin birinci rübündə "Anglo Asian Mining" şirkətinin Azərbaycanda qızıl hasilatı 2020-ci ilin eyni dövrü ilə müqayisədə 25 faiz azalaraq 11 907 unsiya təşkil edib.

Trend bu barədə şirkətin hesabatına istinadən məlumat verir.

Hesabat dövründə mis hasilatı 638 ton (14 faiz artım), gümüş istehsalı 35 365 unsiya (2,1 faiz artım) olub.

2021-ci ilin birinci rübündə şirkətin qızıl külçə satışından gəlirləri 22,9 milyon dollara bərabər olub.

Martın 31-ə olan vəziyyətə görə, "Anglo Asian Mining" şirkətinin ehtiyatları 15,2 milyon dollar həcmində qiymətləndirilib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti