...

Türkiyədən Azərbaycana işləmək məqsədilə gələnlərin sayı azalıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 İyun 2021 16:05 (UTC +04:00)
Türkiyədən Azərbaycana işləmək məqsədilə gələnlərin sayı azalıb

Bakı. Trend:

2021-ci ilin yanvar-may aylarında Türkiyədən Azərbaycana məşğulluq məqsədilə səfər edənlərin sayı əhəmiyyətli dərəcədə azalıb.

Bu barədə Trend-ə Türkiyənin Məşğulluq Xidməti Baş İdarəsindən (İŞKUR) bildiriblər.

Statistikaya əsasən, hesabat dövründə Türkiyədən Azərbaycana iş axtarmaq üçün gələnlərin sayı 2020-ci ilin yanvar-may ayları ilə müqayisədə 85,9 faiz azalıb.

İdarədən qeyd ediblər ki, bu dövr ərzində Azərbaycana iş tapmaq üçün 14 Türkiyə vətəndaşı səfər edib.

Ümumilikdə, hesabat dövründə 4 683 nəfər Türkiyə vətəndaşı iş tapmaq üçün xaricə səfər edib. Bu, 2020-cu ilin yanvar-may ayları ilə müqayisədə 9,2 faiz azdır.

(Tərcümə: Orxan Nəbiyev)

Xəbər lenti

Xəbər lenti