Bakı. Trend:
"Honda Motor" Yaponiyada yeni avtomobillərini internet vasitəsilə satmağa başlayan ilk yerli istehsalçı olacaq.
Trend "NHK"ya istinadən xəbər verir ki, tədbir müştərilərin koronavirus pandemiyası zamanı əyani ünsiyyətdən yayınmaq istəklərinin artmasına cavab olaraq həyata keçirilir.
Bildirilir ki, istehsalçının qiymətləndirmə, müqavilələr və kredit prosesləri də daxil olmaqla bütün satış prosedurlarını əhatə edən müvafiq veb-saytı artıq gələn ayın əvvəlində fəaliyyətə başlayacaq.
Avtomobil tədarükləri avtomobil satış salonları vasitəsi ilə həyata keçirilməyə davam edəcək.
Qeyd edilir ki, amerikan avtomobil istehsalçısı "Tesla" və Almaniyanın "BMW" şirkətləri yeni avtomobillərini artıq Yaponiyada onlayn olaraq satır.