...

"AzerGold" qızıl və gümüş hasilatı üzrə planı yerinə yetirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Fevral 2022 12:44 (UTC +04:00)
"AzerGold" qızıl və gümüş hasilatı üzrə planı yerinə yetirib

Bakı. Nəzrin İsrafilova - Trend:

2021-ci ildə "AzerGold" QSC-nin qızıl hasilatı 61,5 min unsiya, gümüş hasilatı 134,4 min unsiyaya çatıb.

Trend-in məlumatına görə, bunu QSC-nin İdarə heyətinin sədri Zakir İbrahimov 2021-ci ilin yekunlarına və qarşıda duran tapşırıqlara həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, hesabat dövründə qızıl hasilatı 2020-ci illə müqayisədə 2,5 faiz, gümüş hasilatı isə 10,9 faiz artıb.

"Ötən il “AzerGold” yataqların mineral-xammal resurslarından istifadənin səmərəliliyinin yüksəldilməsi və istehsalat proseslərinin optimallaşdırılması üzrə bir sıra vacib addımlar atıb", - deyə o bildirib.

Z.İbrahimov qeyd edib ki, "AzerGold" QSC fəaliyyət göstərdiyi 5 il ərzində 256,5 min unsiya qızıl, 488 min unsiya gümüş hasil edib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti