...

Azərbaycanla Türkiyə arasında "Yaşıl Kart" sisteminin inteqrasiyası sərhəddən keçidi sadələşdirəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Mart 2022 11:34 (UTC +04:00)
Azərbaycanla Türkiyə arasında "Yaşıl Kart" sisteminin inteqrasiyası sərhəddən keçidi sadələşdirəcək
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanla Türkiyə arasında "Yaşıl Kart" nəqliyyat vasitələrinin mülki məsuliyyət sığortası sisteminin inteqrasiyası sərhəd məntəqələrindən keçid prosedurunu sadələşdirəcək və sürətləndirəcək.

Trend-in məlumatına görə, bunu İcbari Sığorta Bürosunun icraçı direktoru Rəşad Əhmədov "Yaşıl Kart" nəqliyyat vasitələrinin mülki məsuliyyət sığortası sisteminin inteqrasiyası barədə protokolun imzalanması mərasimində deyib.

Onun sözlərinə görə, "Yaşıl Kart" sistemi Azərbaycanda 2016-cı ildən fəaliyyət göstərir.

"Onun üstünlüyü sürücünün mülki məsuliyyətinin ölkə xaricində sığorta olunmasıdır. "Yaşıl Kart" sistemi ilə yük və minik avtomobillərini, avtobusları, motosikletləri qeydiyyata almaq olar. Bu layihənin üzv ölkələrində sığorta hallarının dinamikası müxtəlif istiqamətlidir", - deyə o bildirib.

İcraçı direktor qeyd edib ki, Azərbaycanla Türkiyə arasında "Yaşıl Kart" sisteminin inteqrasiyası sərhəd məntəqələrinin keçidi prosedurunu sadələşdirəcək və sürətləndirəcək, eləcə də saxta sənədlərin istifadəsinin qarşısının alınmasına xidmət edəcək.

O əlavə edib ki, sistemin inteqrasiyasından sonra "Yaşıl Kart" sığorta polislərinin satışı və əldə olunması prosedurur sadələşdiriləcək.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti