Bakı. Trend:
2022-ci ilin yanvar-iyul aylarında Türkiyənin sement və şüşə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 25,8 faiz artaraq 3,2 milyard dollara bərabər olub.
Trend xəbər verir ki, bu barədə "TurkicWorld"a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
“Bu ilin iyul ayında Türkiyə 418,4 milyon dollar məbləğində sement və şüşə ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 17 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki , son 12 ay ərzində (iyul 2021-iyul 2022) Türkiyə 5,3 milyard dollar məbləğində sement və şüşə ixrac edib.