...

Azərbaycanda son 9 ay ərzində iş yerlərinin 93 faizdən çoxu özəl sektor tərəfindən yaradılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Noyabr 2023 12:41 (UTC +04:00)
Azərbaycanda son 9 ay ərzində iş yerlərinin 93 faizdən çoxu özəl sektor tərəfindən yaradılıb
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda son 9 ay ərzində açılmış iş yerlərinin 93 faizdən çoxu özəl sektor tərəfindən yaradılıb.

Trend xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Bakıda keçirilən "Gömrük-Biznes Forumu 2023" (GBF23) tədbirində deyib.

"Özəl sektorun ümumdaxili məhsulda (ÜDM) payı 86,5 faiz, məşğulluqda isə 78 faizdən çoxdur. 9 dekabr 2022-ci ildə "Dövlət-özəl tərəfdaşlığı haqqında" qanun qəbul olunub. 1995-2021-ci illərdə Azərbaycanda ÜDM-də özəl sektorun payı 2,8 dəfə artıb", - deyə o qeyd edib.

Onun sözlərinə görə, iqtisadi artım aparıcı və səmərəli özəl təşəbbüslərə əsaslanmalı, dövlət-özəl tərəfdaşlığı isə gücləndirilməlidir.

"Özəl sektorun fəaliyyətini daha da canlandırlmaq, qeyri-neft sektorunun maliyyələşdirilməsində payını artırmaq lazımdır. Özəl sektorun, xüsusən kiçik və orta müəssisələrin iqtisadi artım və məşğulluğun əsas mənbəyi olması üçün işgüzar mühiti əhəmiyyətli dərəcədə yaxşılaşdırmaq, məhkəmə sisteminin şəffaflığını artırmaq və qeyri-dürüst rəqabətin qarşısını almaq lazımdır.

Yeni və şəffaf özəlləşdirmə strategiyası həyata keçirilməli, biznesin təşviqi üzrə iqtisadi səmərəlilik artırılmalıdır. Vergi və gömrük siyasəti sahibkarlığın təşviqinə xidmət etməli və eyni zamanda dövlət büdcəsinin xərclərinin təmin edilməsi üçün adekvat imkanlar yaratmalıdır", - deyə o əlavə edib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti