...

İtaliya şirkətləri Qarabağın bərpası üçün müasir "yaşıl" texnologiyalardan istifadə edirlər - İTA

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Aprel 2024 16:39 (UTC +04:00)
İtaliya şirkətləri Qarabağın bərpası üçün müasir "yaşıl" texnologiyalardan istifadə edirlər - İTA
Aydan Ələsgərli
Aydan Ələsgərli
Bütün xəbərlər

Bakı. Trend:

İtaliya şirkətləri Qarabağın bərpası üçün ətraf mühitə zəif təsir edən müasir "yaşıl" texnologiyalardan istifadə edirlər.

Trend xəbər verir ki, bu barədə Bakıdakı İtaliya Ticarət Agentliyinin (İTA) direktoru Andrea Makkanik agentliyin 2024-cü ilin yaz-yay aylarına planlaşdırılan tədbirlərinə həsr olunmuş mətbuat konfransında deyib.

"Azərbaycan və İtaliya arasında iqtisadi əlaqələr hazırda inkişaf edir və çox möhkəmdir", - o deyib.

Onun sözlərinə görə, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində iki ölkənin layihələndirmə və dizayn sahəsində əməkdaşlığı davam edir.

"Bu ərazilərdə quruculuq işləri görüldüyündən biz həmçinin, tikinti və mühəndislik sahələrində əməkdaşlıq edirik", - o deyib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti