Bakı. Trend:
2020-ci ildə pandemiya ilə əlaqədar olaraq daşınmaz əmlak bazarında qiymətlərdə nisbətən sabitlik müşahidə olunub, lakin sonrakı illərdə artım meylləri müşahidə edilib.
Trend xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Şahin Mahmudzadə bu gün maliyyə sabitliyi ilə bağlı keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, bütövlükdə, 2020-ci ilin sonu ilə müqayisədə mənzil qiymətlərində 32.4% artım olub:
"Tikinti sektoruna yönəldilmiş investisiyalar müəyyən dövrlərdə dəyişiklik göstərsədə, yaşayış evlərinin tikintisinə ayrılan vəsaitlər və onların əsas kapitala yönəldilmiş investisiyalardakı payı artmaqdadır. Son dövrlərdə bu tendensiya daha da güclənmiş və bazar aktivliyinin yüksəlməsinə səbəb olmuşdur. Yaşayış evlərinin tikintisi üzrə sərmayə qoyuluşlarının artması həm artan tələblə, həm də dövlət və özəl sektor tərəfindən həyata keçirilən yeni layihələrlə bağlı olmuşdur", - deyə o qeyd edib.