...

PİRALLAHI ADASINDA ÜÇ YENİ QURĞUNUN AÇILIŞI KEÇİRİLİB

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 İyun 2005 13:50 (UTC +04:00)

Trend-i buradan izləyin

EKOLOGİYA - AÇIQ

İyunun 24-də Pirallahı adasında Finlyandiyanın Iaisalaşirkətindən alınmış və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hidrometroloji stansiyasında quraşdırılmış yeni müasir avadanlığın təqdimat mərasimi keçirilib. Yeni avadanlıq hava şəraitinin istənilən dəyişikliklərini qeydə alacaq. Avandanlığın dəyəri $8 min təşkil edir. Bundan əlavə, külək və günəş elektrik enerjisinin istehsalı üzrə qurğuların açılışı olub.

Ümumilikdə Ekologiya Nazirliyi üç qurğu alıb ki, onun ikisi Azərbaycanın rayonlarında quraşdırılacaq. Ekologiya və Təbii Sərvətlər naziri Hüseyn Bağırovun sözlərinə görə, noyabr ayına qədər daha 10 qurğunun alınması planlaşdırılır. Nazirlik Azərbaycanda ümumilikdə 80 qurğunu quraşdırmağa ümid edir.

Pirallahı adasında külək və günəş elektrik enerjisinin istehsalı üzrə qurğunun quraşdırılması elektrik enerjisinin verilməsi ilə bağlı problemlərdən irəli gəlir. Külək elektrik stansiyasının tikintisi 15 min ABŞ dollarına başa gəlib. Pirallahıdakı layihənin ümumi dəyəri təxminən $31 min təşkil edir.

Layihə Kanada hökumətinin atmosferə qazların daxil olmasının qarşısının alınması üzrə vəsaitləri hesabına gerçəkləşdirilir. Bunun üçün üç ölkəyə - Azərbaycan, Özbəkistan və Qazaxıstana 4 mln Kanada dolları ayrılıb. Layihənin gerçəkləşdirilməsinə 2002-ci ildə başlanıb.

Xəbər lenti

Xəbər lenti