...

UniBank 11 ay ərzində fəaliyyətinə yekun vurur

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Dekabr 2005 14:12 (UTC +04:00)

2005-ci ilin yanvar-noyabr ayları ərzində UniBank kommersiya bankının fəaliyyətinin yekunları üzrə bu ilin əvvəli ilə müqayisədə əsas göstəricilərdə orta hesabla 150% əhəmiyyətli artım qeydə alınıb. Bankın press-relizinə istinadən Trend in yaydığı məlumata görə, 11 ay ərzində 47% artan bankın aktivləri 310,3 mlrd manat təşkil edib. Bu, ötən ilin dekabrın 1-nə olan müvafiq göstəricilər üzrə 63% çoxdur.

Hesabat dövründə bankın kredit portfeli ilin əvvəli ilə müqayisədə 58% artaraq 217 mlrd manat olub. Bu göstərici bankın 2004-cü ilin əvvəllərində bankın qoyduğu kreditlərin həcmindən 65% çoxdur.

11 ayın yekunlarına görə, bankın cəlb etdiyi depozitlərin həcmi 191,2 mlrd manat təşkil edib. Bu zaman 2005-ci ilin yanvar-noyabr aylarında artım 60,5%, illik artım isə 80,9% təşkil edib. Depozitlərin artımının ümumi həcmində təcili depozitlərin payına 120,5 mlrd manat düşür. 2005-ci ilin yanvar-noyabr aylarında bu artım 67%, illik artım 77% təşkil edib. Fiziki şəxslərə təcili depozitlərin payına 101,8 mlrd manata yaxın düşür ki, bu artım bu ilin 11 ayı ərzində 57% və 2004-cü ilin dekabrın 1-i ilə müqayisədə 65% təşkil edir.

11 ayvn yekunları üzrə bankın gəlirləri 47,8 mlrd manat təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 70% çoxdur. Onun balans gəliri 12,9 mlrd manat təşkil edib ki, bu artım ötən ilin analoji dövrü ilə müqavisədə müvafiq olaraq 47% olub.

Xəbər lenti

Xəbər lenti