...

ABŞ mütəxəssisləri Azərbaycanda "quş qripi"nin yayılmasının qarşısının alınması məqsədilə Bakıdadır

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Yanvar 2006 20:40 (UTC +04:00)

ABŞ mütəxəssisləri Azərbaycanda "quş qripi"nin yayılmasının qarşısının alınması məqsədilə vəziyyətin öyrənilməsi üçün Bakıdadır. Kənd təsərrüfatı Nazirliyində Trend ə bildirilib ki, ABŞ nümayəndə heyətinin tərkibinə ABŞ Dövlət Departamenti, USAID, müdafiə, k/t nazirliklərinin nümayəndələri daxildir. Yanvarın 23-də nümayəndə heyəti k/t naziri İsmət Abbasovla görüşüb və Azərbaycanda bu virusun ölkə ərazisinə keçməsinin qarşısının alınması ilə bağlı aparılan tədbirlər müzakirə edilib. K/t nazirliyində qeyd olunub ki, Azərbaycana Türkiyədən gəlmiş ABŞ mütəxəssisləri bu gün müxtəlif dövlət strukturlarının nümayəndələri ilə görüşlər keçirəcək.

Nazirlikdə həm də qeyd olunub ki, nümayəndə heyətinin səfəri yanvarın 23-də başa çatır və bundan sonra onlar analoji məqsədlə qonşu ölkələrə də səfər edəcək.

Xəbər lenti

Xəbər lenti