...

"Atasığorta"nın sığorta daxilolmalarının 38,9%-i KASKO sığortasının payına düşür

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Fevral 2006 15:24 (UTC +04:00)

2005-ci il ərzində "Atasığorta" şirkətinə daxilolmaların ümumi həcmi 1 824 238 AZN təşkil edib. Bu barədə Trend ə şirkətdən məlumat verilib. Sığorta haqlarının böyük hissəsi (708 894 AZN) KASKO sığortasının payına düşür ki, bu da ümumi həcmin 38,9%-nə bərabərdir.

Keçən il "Atasığorta" məhkəmələrin sığortalanmasından 377 003 AZN, tikintinin sığortalanmasından - 43 934 AZN, bank fəaliyyətinin sığortalanmasından - 3 969 AZN, icbari tibbi sığortadan - 14 794 AZN, kənd təsərrüfatının sığortalanmasından - 7 567 AZN, icbari ekoloji sığortalanmadan - 3 969 AZN əldə edib.

Hesabat dövrü ərzində şirkət tərəfindən 268 301 AZN məbləğində sığorta ödəmələri həyata keçirilib ki, bunun da 91,6%-i (245 770 AZN) avtomobillərin KASKO sığortalanmasının, 1,3%-i (3 403 AZN) nəqliyyat vasitələrinin KASKO sığortalanmasının, 5,1%-i (13 706 AZN) tikintinin sığortalanmasının və s. payına düşür.

Xəbər lenti

Xəbər lenti