...

Azərbaycanda əmək yarmarkalarının keçirilməsi nəticəsində 2 mindən çox adam işlə təmin olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Avqust 2006 12:13 (UTC +04:00)

Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Gədəbəy, Beyləqan, Xızı, Tərtər və İmişlidə əmək yarmarkaları keçirib. Nazirliyin Əhalinin Məşğulluq İdarəsindən Trend ə verilən məlumata görə, Gədəbəydə keçirilmiş yarmarkada 48 nəfər işə qəbul olunub. Burada 27 müəssisə 220 vakant yerlə iştirak edib.

Beyləqanda işlə təmin olunanların sayı 41 nəfər təşkil edib. 18 müəssisə 165 iş yeri ilə çıxış edib.

13 müəssisənin 137 vakant yerlə iştirak etdiyi Xızıda 26 nəfər işə düzəlib. Tərtərdə işə qəbul olunanların sayı 103, İmişlidə 49 nəfər olub.

İdarədən bildirilib ki, nazirlik artıq ölkənin müxtəlif regionlarında, o cümlədən Naxçıvan MR-də 30 əmək yarmarkası keçirib. Yarmarkalarda 928 müəssisə 10762 iş yeri ilə iştirak edib. Nəticədə 2229 nəfər işə qəbul olunub, 147 nəfər ödənilən ictimai işlərə cəlb olunub, 132 nəfər isə hazırlıq kurslarına göndərilib.

Xəbər lenti

Xəbər lenti