...

Azərbaycan Milli Bankında AYİB Direktorlar Şurasının üzvləri ilə görüş keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Oktyabr 2006 17:34 (UTC +04:00)

Azərbaycan Milli Bankında Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Direktorlar Şurasının üzvləri ilə görüş keçirilib. Trend AMB-nin məlumatına istinadən xəbər verir ki, görüşdə İsveçrə, Türkiyə, Lixtenşteyn, Özbəkistan, Qırğızıstan, Azərbaycan, Türkmənistan, Serbiya və Çernoqoriyadan direktor Manuel Sager (Manuel Sager), bankda Azərbaycan üzrə direktor Maykl Devi, Avropa bankının Bakı ofisinin başçısı Reymond Konvey, eləcə də bir sıra ölkələrdən direktor iştirak edib.

AYİB direktorlar şurasının üzvləri hər 3-4 ildən bir üzv-ölkələrə səfər edirlər. Səfərlərin əsas məqsədi bazar iqtisadiyyatına keçid istiqamətində ölkənin uğurları haqqında direktorları məlumatlandırmaqdan ibarətdir. Bu banka həmin proseslərə, həmin ölkələrdə həyata keçirilən əməliyyatlara təsirini izləməyə, yerli və əcnəbi işgüzar dairələrlə tanış olmağa köməklik göstərir.

AMB idarə heyətinin sədri Elman Rüstəmov görüşdə ölkədə makroiqtisadi sabitliyin qorunması üzrə tədbirlər, bank islahatları, Azərbaycanın AYİB ilə əməkdaşlıq perspektivləri haqqında danışıb.

Əməkdaşlıq etdiyi andan AYİB ümumi məbləği 700 mln. avro olan 30 investisiya layihəsini maliyyələşdirib. Bank Azərbaycandakı fəaliyyətini güclü maliyyə sektorunun inkişafına, özəl qeyri-neft sektorunda mikro, kiçik və orta biznesin dəstəklənməsinə yönəldib.

Xəbər lenti

Xəbər lenti