...

Dəniz təhlükəsizliyi üzrə beynəlxalq komitənin 82-ci sessiyası Türkiyədə keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Noyabr 2006 15:36 (UTC +04:00)

Noyabrın 29-dan dekabrın 9-dək Türkiyədə dəniz təhlükəsizliyi üzrə beynəlxalq komitənin 82-ci sessiyası Türkiyədə keçiriləcək. Bu barədə Trend ə Dövlət Dəniz Administrasiyasından məlumat verilib.

Gündəliyə aşağıdakı məsələlər daxil ediləcək: Beynəlxalq Məcəllədə yanğın təhlükəsizliyi sistemi; BM-də nəzərdə tutulmuş xilasetmə avadanlıqları; BM-də kimyəvi yüklər və s.

Komitənin sessiyasında Azərbaycanı DDA-nın rəisi Qüdrət Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyətindən ibarət işçi qrupu təmsil edəcək.

Assambleya və komitənin iclasları könüllü əsasda komitənin 182 üzv ölksi arasında bölüşdürülüb. Bu sessiyanın İstanbulda keçirilməsinə səbəb Londonda yerləşən komitənin mənzil-qərargah təmiri ilə bağlıdır.

Xəbər lenti

Xəbər lenti