...

Antiinhisar siyasəti şöbəsi geyim və ayaqqabı bazarında monitorinq keçirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Dekabr 2006 20:57 (UTC +04:00)

Azərbaycanın İqtisadi inkişaf Nazirliyinin antiinhisar siyasəti departamenti Bakıda fəaliyyət göstərən yarmarkalarda, ticarət mərkəzlərində, bazarlarda, mağazalarda kişi, qadın üst geyimləri və ayaqqabılarının satışı üzrə monitorinq keçirmişdir. AİİN-ə istinadən Trend in verdiyi məlumata görə, monitorinq zamanı mallarda Fransa, İtaliya, İspaniya, Almaniya, İngiltərə, Türkiyə və digər Avropa ölkələrinin istehsal etiketi müəyyən olunub. Bu malların qeyd olunan ölkələrin istehsalı olduğunu təsdiq edən sənədlər olmadan satıldığı məlum olub. Əsasən kişi kostyumları və ayaqqabıların Türkiyədən və Dubaydan, yüngül üst geyimlərinin isə Çindən idxal olunduğu müəyyən olunub. Eyni zamanda, Azərbaycan sahibkarları tərəfindən və Avropa ölkələrinin etiketi ilə satılan və idxal olunan kişi kostyumları və başqa malların Türkiyəyə sifariş olunması faktı aşkarlanmışdır. Monitorinq zamanı həmçinin Avropanın müxtəlif ölkələrinin məhşur firmalarının markası altında Türkiyə və Çində istehsal olunmuş saxta formaların satışı faktlarına da rast gəlinib. Bununla bərabər, paytaxtda həqiqətən də Avropa dövlətlərinin istehsalı olan kişi, qadın ayaqqabılarının, üst geyimlərinin satışını həyata keçirən distribyutor firmaların oldluğu da məlumatda qeyd olunub. Departamentin keçirdiyi araşdırmalar zamanı aldadıcı reklam və güzəştlər yolu ilə istehlakçıların hüquqlarının pozulması faktları aşkar olunub. Monitorinq göstərib ki, bir çox hallarda mallar göstərişə uyğun olmayaraq, güzəştsiz satılır. İstehlakçılar müqayisə üçün əvvəlki və sonrakı qiymətlərin göstərildiyi güzəştli mallarda çaşqınlığa düşürlər. Bəzən bu mallar öz yararsızlığına görə aşağı qiymətlərlə satılır.

Əsasən, 30-80% endirimlər dəfələrlə yüksək qiymətə satılan mallara tətbiq olunur ki, bu güzəştlər də alıcıların marağnda deyil. İstehlakçıların hüquqlarının və reklam barədə qavnunvericiliyin pozulmasına görə saxta və sənədsimz mal satan, alıcılarda çaşqınlıq yaradan qanun pozucuları barədə inzibati qaydada ölçü götürüləcək.

Xəbər lenti

Xəbər lenti