...

2006-cı ilin 11 ayında Azərbaycana 295 avtobus gətirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Dekabr 2006 12:45 (UTC +04:00)

2006-cı ilin yanvar-oktyabr aylarında Azərbaycana 22 min minik avtomobili idxal edilib. Dövlət Statistika Komitəsinə istinadən Trend xəbər verir ki, yanvar-oktyabr aylarında gətirilən minik avtomobillərinin ümumi dəyəri 160 mln. 270,5 min təşkil edib. 2005-ci ilin yanvar-oktyabr aylarında isə respublikaya 3,9 faiz az minik avtomobili gətirilib. Lakin bu il gətirilən avtomobillərin ümumi dəyəri keçən ilki göstəricini 29,5 faiz keçir.

2006-cı ilin yanvar-oktybar aylarında Azərbaycana idxal edilən 5 min 417 yük avtomobilinin ümumi dəyəri 56 mln. 752,6 min dollar olub. Bu on ay ərzində respublikaya gətirilən avtomobillərin sayı keçən ilki göstəriciyə nisbətən 3,6 faiz azdır, lakin dəyərə görə 57,3 faiz çoxdur.

2006-cı ilin yanvar-oktyabr yaları ərzində Azərbaycana 6 mln. 094 min ABŞ dolları dəyərində 295 avtobus gətirilib. Bu ilin on ayı ərzində respublikaya gətirilən avtomobillərin sayı keçən ilki göstəriciyə nisbətən 7,8 faiz, dəyərə görə 23,3 faiz azdır.

Xəbər lenti

Xəbər lenti