...

FAO dünyasını dəyişmiş Azərbaycan sakininin analizində "quş qripi"nin mövcud olmadığını təsdiqləyib

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Fevral 2007 19:01 (UTC +04:00)

BMT-nin Ərzaq və Kənd təsərrüfatı Təşkilatının (FAO) mütəxəssisi həkim Qolan Kiani və Bakıda ABŞ səfirliyinin sağlamlığın müdafiəsi departamentinin əməkdaşları həkim Ami Nibi və Syuzan Kate Azərbaycan kənd təsərrüfatı yanında Dövlət Baytarlıq Xidmətinin Azərbaycanın Neftçala rayonunun Boyat kəndində "quş qripi"nin olmaması barədə nəticəsini təsdiqləyib. Bu barədə Trend dövlət xidmətinin məlumatına istinadən xəbər verir.

Onlar kənddə olub və Boyat kəndində nə ev, nə vəhşi quşlar arasında məhv olma halları aşkar olunmayıb. Ev quşları, xırda göllərin vəziyyəti yoxlanılıb və yerli sakinlərlə söhbət aparılıb.

Dövlət Baytarlıq Xidməti əhalini bu tip məlumatlara inanmağa çağırıb və qeyd edir ki, ölkə ərazisində "quş qripi"nin xəbərdarlığı ilə bağlı monitorinqlər davam etidirilr və bu günə qədər bu monitorinqlər quşların məhv olmasında virus səbəbini aşkar etməyib.

Ölkəyə virusun keçməsinin qarşısını almaq üçün bütün sərhəd baytarlıq məntəqələri gücləndirilmiş iş rejimində fəaliyyət göstərir, ova, ölkədə vəhşi quşların satışı və istifadəsinə, virusun aşkar olunduğu ölkələrdən quş məhsullarının gətirilməsinə qoyulmuş qadağa qüvvədədir.

Xəbər lenti

Xəbər lenti