...

Azərbaycan və İsrail iqtisadi əməkdaşlığı müzakirə edəcəklər

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Fevral 2007 15:19 (UTC +04:00)

Fevralın 18-dən 22-dək Azərbaycanın iqtisadi inkişaf naziri Heydər Babayev İsrail tərəfinin dəvəti ilə həmin ölkədə səfərdə olacaq.

Trend İqtisadi İnkişaf Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, səfər çərçivəsində İsrailin xarici işlər naziri Zivi Livni, infrastruktur naziri Benjamen Ben-Alieyzer və strateji məsələr üzrə nazir Livermanla görüşləri nəzərdə tutulub.

Görüşlərdə ikitərəfli münasibətlərdə mövcud vəziyyət və onların inkişaf perspektivləri nəzərdən keçiriləcək.

H.Babayev həmçinin Xibri Universiteti, İxras və beynəlxalq əməkdaşlıq institutunda, "Elektroinvestment", "RAD informasiya və kommunikasiya", Batiman Litvin N.V., ORAD, "Eylad Ashkelon boru kəmər MMC", "Mənzil-tikinti Holdinq MMC", eləcə də İsrail vençura assosiasiyası, Mizrahi və Leumi banklarının, "Mekorod" su şirkətinin rəhbərləri ilə görüşlər keçirməyi planlaşdırır.

Görüşlərdə AR və İsrail sahibkarları arasında əlaqələrin genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi, Azərbaycanda İsrailin müasir texnologiyalarının tətbiqi, ticarət əməkdaşlığının genişləndirilməsi mövzusunda müzakirələr aparılacaq.

Səfər çərçivəsində həmçinin investisiyaların təşviqi və qarşılıqlı müdafiə haqqında Azərbaycan-İsrail hökumətlərarası sazişin imzalanması nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti