...

2006-cı ildə Dövlət Dəmiryol İdarəsinin gəlirləri 164,2 mln. manat olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Mart 2007 14:51 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Əliyev/2006-cı il ərzində Azərbaycan Dövlət Dəmiryol İdarəsinin gəlirləri 164,2 mln. manat təşkil edib. Bunun 143.3 mln. manatı yükdaşıma (29,6 mln. ton), 20,9 mln. manatı isə sərnişindaşımanın (5,6 mln. nəfər) payına düşüb.

Ümumi gəlirlərdən 34,9 mln manat işçilərin əmək haqqına, 11,5 mln. manat əhalinin sosial müdafiə fonduna, 23,2 mln. manat dövlət büdcəsinə və vergilərin ödənilməsinə, 19 mln. manat isə istifadə olunmuş elektrik enerjsi, yanacaq və su pulunun ödənilməsinə sərf olunub.

Dəmir Yolunun xərcləri 111 mln manat təşkil edib. Gəlirləri isə 53,2 mln. manat. İlin yekununa əsasən, debitor borcları 177,6 manat, kreditor borcları isə 109,6 mln. manat olub.

Xəbər lenti

Xəbər lenti