...

Azərbaycanın Hesablama Palatası "Agrolizing"in auditinə hazırlaşır

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Mart 2007 11:52 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend S.Babayeva /Azərbaycanın Hesablama Palatası (AHP) "Agrolizing" ASC-nin audit proqramını təsdiqələyib. Bu barədə AHP-dən məlumat verilib.

Yoxlamanın əsas məqsədi 2005-2006-cı illərdə "Kənd təsərrüfatı"na dövlət büdcəsindən ayrılmış vəsaitlərin istifadəsinin müəyyən edilməsidir.

Audit martın 28-dən aprelin 27-nə qədər aparılacaq. Audit zamanı mühasibat hesabları, hesab üzrə ödəmə-hesab sənədləri yoxlanılacaq.

"Agrolizing" ASC Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə 23 oktyabr 2004-cü ildə yaradılıb. Müəssisənin fəaliyyəti aqrar sahənin yaxşılaşdırılması və lizinq yolu ilə yerli torpaq sahiblərinə müxtəlif növ kənd təsərrüfatı texnikasının alınması yolu ilə ölkədə sahibkarlığa kömək göstərməyə istiqamətlənib.

Xəbər lenti

Xəbər lenti