...

Azərbaycanda MAZ markalı yük avtomobillərinin yığımına başlanacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Mart 2007 18:30 (UTC +04:00)
Azərbaycanda MAZ markalı yük avtomobillərinin yığımına başlanacaq

Azərbaycan, Bakı/ Trend müxbir V.Məmmədov/ Bu gün Gəncə Avtomobil Zavodunda konveyerdə sənaye üsulu ilə yığılmış ilk traktorların təqdimatı olub.

Təqdimat zamanı çıxış edən zavodun direktoru Xanlar Fətiyevin sözlərinə görə, Minsk Traktor Zavodu ilə Gəncə Avtomobil Zavodu arasında əldə olunmuş razılığa əsasən, bu il müəssisədə təqribən 1000 traktorun yığılması planlaşdırılıb.

"Bu, dövlət sifarişidir. "Agrolizing" ASC 382 traktorun alınması barədə bizimlə müqavilə bağlayıb. Hələ ki, zavodda texnoloji yolla traktorların birinci partiyasının yığımı aparılır. Hər ay orta hesabla 40 traktorun yığılması planlaşdırılır", - deyə Fətiyev əlavə edib.

Müəssisə rəhbəri növbəti aydan etibarən MAZ markalı yük avtomobillərinin yığımına başlanacağını söyləyib.

X.Fətiyevin sözlərinə görə, MAZ avtohissələri artıq Gəncəyə göndərilib və apreldə Minsk avtomobil zavodunun maşınlarının yığımı nəzərdə tutulub.

Bu gün zavodun texniki imkanları ildə 2000 traktor və 750 MAZ yığmağa imkan verir.

Xəbər lenti

Xəbər lenti