...

Ekspert: "İlin sonuna Azərbaycanın istehlak bazarında qiymətlərin daha 30 faiz artımı müşahidə olunacaq"

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Mart 2007 15:07 (UTC +04:00)
Ekspert: "İlin sonuna Azərbaycanın istehlak bazarında qiymətlərin daha 30 faiz artımı müşahidə olunacaq"

Trend-i buradan izləyin

Azərbaycan, Bakı/ Trend müxbir U.İsmaylova / 2007-ci ilin sonuna Azərbaycanın istehlak bazarında qiymətlərin daha 30 faiz artımı müşahidə olunacaq ki, bu da 2006-cı ilin sonuna bazarda olan qiymətlərlə müqayisədə 30 faiz çoxdur. Bunu çərşənbə günü Azərbaycan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.

"Qiymətlərin belə qalxması yanvar ayında enerjidaşıyıcıları və kommunal xidmətlərin qiymətinin artımından sonra kənd təsərrüfatı işçilərinin təqribən torpağın 30 faizini becərə bilməməsi ilə əlaqədardır",-deyə o bildirib.

Hüseynovun sözlərinə görə, gözlənildiyi kimi Novruz bayramına qədər istehlak bazarında qiymətlər 15 faiz artdı, bayramlardan sonra isə qiymətlərin azalması müşahidə olunmur.

Xəbər lenti

Xəbər lenti