...

Bakıda "Dünyanın ən yaxşı satıcısı" Maykl Benq treninqlər keçirəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Aprel 2007 19:17 (UTC +04:00)
Bakıda "Dünyanın ən yaxşı satıcısı" Maykl Benq treninqlər keçirəcək

Azərbaycan, Bakı/ Trend müxbir Ü.İsmayılova/ Satış üzrə dünyada biznes-təlimçi Maykl Benq ikinci dəfə Bakıya gələcək.

Mayın 1-5-də Bakıda "Satışın idarə olunması", "Dünya satış texnikası" və "Müştərilərə qüsursuz xidmət" treninqləri keçirləcək.

Xüsusilə bu məqsədlər üçün Bakıya yenidən beynəlxalq səviyyəli qrup, Avropada satış treninqləri üzrə bir nömrəli mütəxəssis, "Dünyanın ən yaxşı satıcısı" titulunun və satış sahəsində uğurlara görə çoxsaylı mükafatların sahibi Maykl Benq gələcək.

Maykl Benq - Betnəlxalq təlimçi, 20 illik təcrübəyə malik satıcı.

M.Benq bir çox tanınmış şirkətlərin - Panasonic, Heineken, Nestle, Whirlpool, Toyota, Toshiba, Renault, Volvo, Land Rover, Unilever personalının heyətinin təlimi ilə məşğul olub.

Yalnız 2006-cı ildə M.Benq 10 000 menecer üçün 160 treninq keçirib.

M.Benq treninqlərində iştirakın əsas qazancları:

- Sadəlik, alınmış məlumatın yararlılığı və kara gəlməsi,

- Satışda daha yüksək nəticələr,

- Satış departamentinin daha yekdil komandası,

- Şirkətin xidmətinin yüksəldilməsi,

- Razı və loyal müştərilər,

- Rəqabətdə qələbə.

Məqsədli auditoriya:

- Şirkət rəhbərləri,

- Satış üzrə direktor,

- Marketinq üzrə direktor,

- Satıcılar və ticarət agentləri,

- Müştərilərə qulluq xidmətinin əməkdaşları.

Ötən il Benqin Azərbaycandakı treninqləri böyük uğurla keçib. Treninqlərdə Azərbaycan və Gürcüstandan 50-dən çox şirkət nümayəndələri iştirak ediblər.

2006-cı il Bakıdakı Maykl Benq treninqlərinin iştirakçılarının çağırışlarını burdan oxumaq olar:: http://www.sss.az/review.php .

Treninqlərin təşkilatçısı - Successful Strategies şirkəti

Telefon: (994 12) 418 28 56, (994 50) 205 10 68 E-mail: [email protected]çirilmə yeri - Park Inn Azerbaijan Hotel.

Xəbər lenti

Xəbər lenti