...

Azərbaycandakı xüsusi iqtisadi zonalara yeni elmi texnologiyalar cəlb olunacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Aprel 2007 16:51 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend U.İsmayılova/ Azərbaycanda xüsusi iqtisadi zonaların yaradılmasında məqsəd elmi texnologiyalarla bağlı investisiyaların cəlb edilməsidir. Bu sözləri Nazirlər Kabineti Aparatının iqtisadiyyat və maliyyə-kredit siyasəti şöbəsinin rəhbəri Oqtay Haqverdiyev deyib. Qeyd edək ki, martın 6-da prezident İlham Əliyev Azərbaycanda xüsusi iqtisadi zonaların yaradılmasına dair sərəncam verib. "Hələ 90-cı illərin əvvələrində Azərbaycanda xüsusi iqtisadi zonaların yaradılması ilə bağlı cəhdlər olub. 2003-cü ildə isə hətta müvafiq qanun layihəsi hazırlandı və əlaqədar orqanlarla razılaşdırıldı. Lakin obyektiv səbəblərə görə bu qanun qəbul edilmədi" - deyə Haqverdiyev vurğulayıb.

Haqverdiyevin sözlərinə görə, azad iqtisadi zonalardan fərqli olaraq Azərbaycanda yaradılması nəzərdə tutulan xüsusi iqtisadi zonalar vergilərdən tam azad olmayacaqlar. Məlumat üçün bildirək ki, dünyada 700-dək azad iqtisadi zona mövcuddur.

Xəbər lenti

Xəbər lenti