...

Şikayətçilər üçün 142 saylı yeni "qaynar xətt" açılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Aprel 2007 17:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 aprel /korr.TrendLife Fərid Sadıxov/ Bu gündən etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində də "etimad telefonu" fəaliyyətə başlayıb. 142 saylı "qaynar xətt" günün bütün saatlarında vətəndaşların zənglərini qəbul edəcək. Bu nömrəyə zəng edən istənilən vətəndaş əlillik dərəcəsi, məşğulluq təminatı məsələləri, əmək və əhalinin sosial müdafiə mərkəzlərindəki nöqsanlar və adı çəkilən nazirliyin səlahiyyətinə aid digər sosial problemlər barədə məlumat verə və müvafiq cavab ala biləcək.

Xəbər lenti

Xəbər lenti