...

Nazir: "Avropa Bankı Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi layihəsində iştirak etməyə hazır olduğunu bildirib"

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 May 2007 14:24 (UTC +04:00)
Nazir: "Avropa Bankı Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi layihəsində iştirak etməyə hazır olduğunu bildirib"

Azərbaycan,Bakı/müxbir Trend İ.Xəlilova/Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Bakı (Azərbaycan)-Tbilisi (Gürcüstan)-Qars (Türkiyə) marşrutu üzrə dəmir yolunun tikintisi layihəsində iştirak etməyə hazır olduğunu bildirib.

Cümə axşamı mətbuat konfransında iqtisadi inkişaf naziri Heydər Babayevin verdiyi məlumata əsasən, AYİB-lə danışıqlar nəticəsində AYİB-in mayın 20-də Kazanda keçiriləcək illik iclasında məramnamə protokolunun imzalanması haqqında artıq razılıq əldə olunub.

Nazirin sözlərinə görə, əsas məsələ AYİB-in bu layihədə Azərbaycanı dəstəkləməsindən ibarətdir, belə ki, bu magistral olduqca vacib regional layihədir.

"Bu, AYİB-in bu layihəyə konstruktiv yanaşması deməkdir" - deyə o bildirib.

AYİB-in illik iclası 20-21 mayda keçiriləcək. İclasda Azərbaycan tərəfindən işlər müdiri kimi iştirak edəcək iqtisadi inkişaf naziri Babayev ölkədə iqtisadi vəziyyət haqqında məruzə ilə çıxış etməyə hazırlaşır.

Cümə axşamı Azərbaycan Dövlət Dəmir Yolunun rəhbəri Arif Ələsgərovun Astanada bildirdiyinə görə, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinin başa çatdırılması 2009-cu ildə nəzərdə tutulur.

Bakı-Tbilisi-Qars yolunun tikintisi üzrə layihədə Azərbaycan tərəfindin koordinator Nəqliyyat Nazirliyi təyin olunub.

Xəbər lenti

Xəbər lenti