...

Azərbaycan Dövlət Gömrük Komitəsi yükdaşınmaların həcmini elan edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 May 2007 14:38 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend /2007-ci ilin yanvar-aprelində Azərbaycanın nəqliyyat vasitələri ilə 5608,5 min ton yük daşınıb ki, bu da keçən ilin analoji dövrü ilə müqayisədə 83,14 faiz təşkil edib.

Azərbaycanın Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, ümumi həcmdən 2651,3 min ton yük ixracın, 2957,3 min tonu isə idxalın payına düşüb.

İxrac əməliyyatları üzrə əsasən dəniz (2014,5 min ton), dəmir yolu (402 min ton), avtomobil (230,3 min ton), hava nəqliyyatı (1,6 min ton) fərqlənib.

İdxal əməliyyatları üzrə dəniz nəqliyyatının payına 36,5 min ton yük, dəmir yolu - 2134,5 min ton, avtomobil - 424,5 min ton, hava - 7 min ton, boru kəməri ilə nəqletməyə 336,1 min ton düşüb.

Azərbaycan ərazisi üzrə tranzit kimi 1621,2 min ton yük daşınıb. Yüklər əsasən İsveçrə (529,7 min ton), İtaliya (344,5 min ton), Gürcüstan (338,4 min ton), Tacikistan (152,6 min ton), Türkiyə (54,6 min ton), Türkmənistan (40,1 min ton) və Qazaxıstana (16,3 min ton) göndərilib.

Azərbaycan ərazisindən tranzit yüklərin ümumi həcmi 79,86 faiz təşkil edib, 2005-ci ilin analoji dövrü ilə müqayisədə 408,9 min ton aşağı düşüb.

Xəbər lenti

Xəbər lenti